İsmayıllı rayonunda ağır yol qəzası baş verib. İlkin məlumata görə, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq beton maneəyə çırpılıb.
Qəza nəticəsində 52 yaşlı İlqar Süleymanov və 67 yaşlı Elmira Duxiyeva hadisə yerində həyatını itirib. Daha bir nəfər xəsarət alıb.
Daxili İşlər Nazirliyi faktla bağlı cinayət işi başladıb. Araşdırmalar davam edir.












