Göyçay rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Oxu.Az-a istinadən verilən məlumata görə, şəhər ərazisində hərəkətdə olan "Daewoo" markalı avtomobil traktora çırpılıb.
Qəza nəticəsində traktorun qoşqusu aşıb. Qoşquda olan Çərəkə kənd sakini, 37 yaşlı Əli Rəhimov yaralanıb.
Hadisə ilə bağlı araşdırma aparılır.












