Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakı-Şamaxı-Yevlax yolunun Qarayazı kəndi ərazisində üç avtomobil toqquşub. "Opel", "KIA" və "Chevrolet" markalı nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəza nəticəsində yeniyetmə qız hadisə yerində həyatını itirib.
Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Yaralananlar haqqında əlavə məlumat verilməyib.












