Almaniya millisinin futbolçuları DÇ-2026-da Paraqvaya qarşı penaltilər seriyasında məsuliyyəti üzərinə götürməkdən imtina ediblər.
Oxu.Az "Bild" nəşrinə istinadən xəbər verir ki, son zərbəni müdafiəçi Jonatan Ta yerinə yetirib. Səbəb isə komandada bu məsuliyyəti üzərinə götürmək istəyən futbolçunun olmamasıdır.
Jonatan Ta karyerasında ilk dəfə penalti vurub. Digər oyunçular tərəddüd edərək topa yaxınlaşmağa cəsarət etməyiblər.
Penalti vurmayanlar arasında Leon Qoretska, Valdemar Anton, Nataniel Braun, Malik Tşau və Manuel Noyer var idi. Lakin Ta həlledici zərbəni qola çevirə bilməyib.
Paraqvay 4:3 qalib gəlib.












