Niderland yığmasının hücumçusu Kodi Qakpo DÇ-2026 1/16 final matçında Mərakeş qapısına vurduğu qolu ana bətnində ölən oğluna həsr edib.
Qakpo və sevgilisi Noa van der Biy may ayında ikinci övladlarını gözlədiklərini açıqlamışdı. Körpənin oktyabrda doğulması planlaşdırılırdı.
Matçdan bir gün əvvəl isə körpənin ana bətnində tələf olduğu məlum olub. Qolu vuran Qakpo diz çökərək ağlayıb, komanda yoldaşları ona dəstək olub.
Qeyd edək ki, Mərakeş həmin matçı penaltilər seriyasında qalib başa vurub.












