Çexiyanın paytaxtı Praqada gənc cüdoçular arasında keçirilən Avropa Kuboku Azərbaycan millisi üçün uğurla başa çatıb.
Yarışın ikinci günündə yığma aktivinə 8 medal yazdırıb.
Mehdi Abbasov (81 kq) və Ramazan Əhmədov (+100 kq) qızıl medal qazanıblar. Cəsur İbadlı (81 kq), Canpolad Əliyev (100 kq) və Nərgiz Əhmədova (48 kq) gümüş, Süleyman Şükürov (90 kq), Davud Namazlı (100 kq) və Xədicə Qədəşova (57 kq) isə bürünc mükafat əldə ediblər.
İlk gündə Əbil Yusubov (73 kq) gümüş medal qazanmışdı.
Beləliklə, Azərbaycan millisi Praqa Avropa Kubokunu 2 qızıl, 4 gümüş və 3 bürünc olmaqla, ümumilikdə 9 medalla tamamlayıb. Yekun nəticələrə əsasən yığmamız 33 ölkə arasında üçüncü, oğlanların mübarizəsində isə birinci yeri tutub.












