Azərbaycan Güləş Federasiyası (AGF) regionlarda güləşin inkişafı üçün yeni zallar açıb.
Qazaxın Daş Salahlı kəndində sərbəst güləş zalı istifadəyə verilib. Zal 120-yə yaxın yeniyetmə üçün nəzərdə tutulub.
Açılışda nazir Fərid Qayıbov, AGF rəsmiləri iştirak edib.
Mingəçevirdə də yeni güləş zalı açılıb. Burada 100-ə yaxın gənc məşq edir.












