Portuqaliya millisinin ulduz hücumçusu Kriştianu Ronaldu, 2026-cı il dünya çempionatının karyerasındakı son mundial olacağını açıqlayıb.
Jurnalist Fabritsio Romano, futbolçunun sözlərini "X" sosial şəbəkəsində paylaşıb. Ronaldu deyib: "Bu mənim sonuncu dünya çempionatım olacaq (gülür). Hər anın dadını çıxarmaq lazımdır."
41 yaşlı futbolçu, UEFA Çempionlar Liqasının beşqat qalibi, Avropa çempionu və UEFA Millətlər Liqasının ikiqat qalibidir. O, millilər tarixində qol rekorduna sahibdir.
Ronaldu 2022-ci ilin dekabrından Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunda forma geyinir. Karyerası "Sportinq", "Mançester Yunayted", "Real Madrid" və "Yuventus" kimi klubları əhatə edib.
Portuqaliyalı ulduz beş dəfə "Qızıl top" mükafatına layiq görülüb.












