Bond.az White LogoBond.az Black Logo

Meksikalı futbolçular Rolex saatlarını qaytardı

Meksika milli futbol komandasının üzvləri amerikalı videobloqer tərəfindən hədiyyə edilən Rolex saatlarını geri qaytarıb.

Zemfira Rəsulova
Müəllif:Zemfira Rəsulova- Senior Editor
|
0

Meksika milli futbol komandasının üzvləri amerikalı videobloqer SteveWillDoit tərəfindən hədiyyə edilən Rolex saatlarını geri qaytarıb.

Bu barədə yığmanın mətbuat xidməti X sosial şəbəkəsində məlumat yayıb.

Bütün futbolçular qarşılıqlı razılıq əsasında kontent müəllifinin öz təşəbbüsü ilə hədiyyə etdiyi saatları ona geri qaytarmaq qərarına gəlib.

YouTube platformasında 1.5 milyondan çox izləyicisi olan Stiven Deleonardis dünya çempionatının 1/16 final mərhələsində Ekvadora qarşı oyundan əvvəl hər futbolçuya bir Rolex saatı hədiyyə edib. Həmin oyunu Meksika 2:0 hesabı ilə qazanıb.

Bloqerin sözlərinə görə, hədiyyələrin ümumi dəyəri 1 milyon dollar olub. Hər saatın qiyməti 30 min dollardan 90 min dollara qədər dəyişib.

Deleonardis bu addımını Meksikada yaşaması və Ekvador üzərində qələbəyə 2 milyon dollar mərc etməsi ilə izah edib. O, bu mərcdən təxminən 1 milyon dollar qazanacaqdı.

The Athletic nəşrinin məlumatına görə, bu hədiyyə etik baxımdan suallar doğurub. FIFA-nın Etika Məcəlləsinin 21-ci maddəsinə əsasən, simvolik və ya cüzi dəyərə malik olmayan, qərarlara təsir göstərə biləcək hədiyyələrin qəbulu qadağandır.

Qayda pozuntusuna görə 12 500 dollardan başlayan cərimə və iki ilədək futbolla bağlı fəaliyyətdən kənarlaşdırılma cəzası nəzərdə tutulur.

Meksika millisi 1/8 final mərhələsində İngiltərə ilə qarşılaşacaq. Oyun iyulun 6-da Bakı vaxtı ilə saat 04:00-da başlayacaq.

Digər Xəbərlər
Bu gün / 17:02
|
765

Messi 2026 Qızıl top favoriti

Lionel Messi 2026 Qızıl top mükafatının əsas favoriti seçildi. Argentina ulduzu Avropadan kənarda da bu mükafatı qazana bilər.

0
Bu gün / 17:01
|
434

Baccio, itirilən kubok və əbədi sual

Roberto Baccio, İtaliya futbolunun simvolu, 1994 Dünya Kuboku finalında penalti qaçıraraq tarixin ən kədərli anlarından birini yaşadı. Hekayəni oxuyun.

0
Bu gün / 16:31
|
853

Lekler Formula 1 Britaniya QP qalibi

Şarl Lekler Formula 1 üzrə Britaniya Qran-prisinin qalibi olub. Yarışın nəticələri və növbəti mərhələ haqqında məlumat.

0
Bu gün / 15:02
|
760

Qarabağ Borussiya Dortmund sabiq futbolçusunu transfer etdi

Qarabağ Borussiya Dortmundun sabiq futbolçusu Cebrail Makreçkisi transfer etdi. 26 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalandı.

0
Bu gün / 14:31
|
377

Zirə Kris Diqbeunu heyətinə qatdı

Zirə klubu Kot-d'İvuarlı yarımmüdafiəçi Kris Diqbeunu 4 illik müqavilə ilə heyətinə qatdı.

0
Bu gün / 14:01
|
748

Yeni güləş zalları istifadəyə verildi

Azərbaycanda Qazax və Mingəçevirdə yeni güləş zalları istifadəyə verilib, gənclər idmana cəlb olunur.

0
Bu gün / 13:00
|
835

ABŞ mundialda 600+ dron müsadirə etdi

ABŞ xüsusi xidmət orqanları dünya çempionatı zamanı 600-dən çox dron müsadirə edib. FTB məlumatı.

0
Bu gün / 08:31
|
545

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş qazandı

Azərbaycan cüdoçusu Əbil Yusubov Praqada keçirilən Avropa Kubokunda gümüş medal qazanıb.

0
Bu gün / 08:01
|
525

Hakim qərarı oyunu necə dəyişir? | FIFA referisi

FIFA referisi Gülnurə Əkbərzadə TOP-al podkastında hakim qərarlarının oyun taleyinə təsirini, VAR sistemini və qadın hakimlərin çətinliklərini müzakirə edir.

0
Bu gün / 07:30
|
970

Mbappe qalmaqalı: Fransa - Paraqvay oyunu

Fransa - Paraqvay oyunu sonrası Mbappe ilə qapıçı Xil arasında qalmaqal yaşanıb. Mbappe əl sıxmaqdan imtina edib, qapıçı top atıb.

0
Bu gün / 06:30
|
390

İngiltərə oyununda rekord təhlükəsizlik

DÇ-2026-da İngiltərə-Meksika oyunu üçün rekord səviyyədə təhlükəsizlik tədbirləri görülür. 7.5 min polis, 40 min əməkdaş.

0
Bu gün / 05:30
|
969

Mbappe rekord qırdı

Kilian Mbappe üç fərqli dünya çempionatının pley-off mərhələlərində ən azı üç qol vuran ilk futbolçu olub.

0
...
Meksikalı futbolçular Rolex saatlarını qaytardı | Bond.az