UEFA Türkiyənin "Fənərbağça" komandasını 7 milyon avro cərimələyib.
Oxu.Az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.
Səbəb kimi, İstanbul təmsilçisinin maliyyə qaydalarını pozması göstərilir. Klub 2025-ci ildə UEFA-nın müəyyən etdiyi 70%-lik heyət xərcləri limitini aşaraq 84%-ə çatdırıb.
"Fənərbağça" qərardan apellyasiya şikayəti verməyi planlaşdırır.












