“Sabah” FK braziliyalı müdafiəçi İqor Noqeyra ilə yollarını ayırıb.
Klubun yaydığı məlumata görə, futbolçu ilə müqavilə uzadılmayıb.
Noqeyra 2024-cü ildən “Sabah”ın formasını geyinir, 62 oyunda 4 qol vurub.
O, komanda ilə bir dəfə Azərbaycan çempionu, iki dəfə ölkə kuboku qazanıb.












