Tehran, Vaşinqton və Beyrut Livan ərazisində atəşkəsə nəzarət üçün üçtərəfli işçi qrupu yaratmağı planlaşdırır.
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, Livanın suverenliyini təmin etmək məqsədilə İran, ABŞ və Livan birgə komitə quracaq. İran səfiri bu komitədə ölkəsini təmsil edəcək.
Xatırladaq ki, iyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar.











