Bond.az White LogoBond.az Black Logo

FIFA Seneqala ulduz tələbi

FIFA Seneqal millisindən formalarında Afrika Çempionu ulduzunu çıxarmasını tələb edir. Misir də eyni qadağaya məruz qalıb.

Vüqar Həsənli
Müəllif:Vüqar Həsənli- Senior Editor
|
0

Beynəlxalq Futbol Federasiyası (FIFA) Seneqal millisinə 2026-cı il dünya çempionatında formaların üzərində Afrika Millətlər Kubokundakı qələbəni simvolizə edən ulduzun yer almamasını tələb edib.

Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Mayki Cunior "X" sosial şəbəkəsində paylaşım edib.

Qeyd edək ki, Seneqal millisi Afrika Millətlər Kubokunun qalibi adını 2021-ci ildə qazanıb.

FIFA-nın mövcud qaydalarına əsasən, formaların üzərində ulduzlardan yalnız dünya çempionu olmuş və ya buna ekvivalent hesab edilən rəsmi titulları qazanmış milli komandalar istifadə edə bilərlər.

Məlumata görə, iyunun 13-də FIFA Misir millisinə qarşı da analoji qərar qəbul edib. Belə ki, Misir yığması formalarında Afrika Millətlər Kubokunda qazandığı yeddi çempionluğu simvolizə edən yeddi ulduzdan istifadə etməyi planlaşdırırdı.

Bundan əlavə, FIFA misirli futbolçuların formalarında qızılı çalarlı nömrələrdən istifadə etməsinə də icazə verməyib və daha kontrast rəng seçilməsini tələb edib.

Digər Xəbərlər
Dünən / 23:01
|
980

Moyze Kinin evi qarət edildi

İtaliya millisinin hücumçusu Moyze Kinin Florensiyadakı evi qarət edilib, 300 min avro dəyərində ziyan dəyib.

0
Dünən / 21:30
|
428

Belçika-Misir 1:1, qrupda ilk xal

Belçika ilə Misir arasında DÇ-2026 G qrupunun ilk oyunu 1:1 hesabı ilə başa çatdı. Hər iki qolu misirli futbolçular vurdu.

0
Dünən / 18:01
|
660

FIFA Tramp üçün protokolu dəyişəcək

FIFA ABŞ Prezidenti Donald Tramp üçün protokol qaydalarını pozacaq və ona kuboku təqdim etməyə icazə verəcək.

0
Dünən / 18:00
|
300

DÇ-2026 sensasiyası: İspaniya Kabo-Verde ilə heç-heçə

DÇ-2026-nın ilk sensasiyası: İspaniya Kabo-Verdenin qapısına yol tapa bilmədi. Atlanta şəhərində keçirilən oyun qolsuz heç-heçə ilə yekunlaşıb - 0:0.

0
Dünən / 17:02
|
577

İspan futbolçu 8 il həbs olundu

İspan futbolçu Rafa Mir cinsi zorakılıq və bədən xəsarəti yetirmə cinayətlərinə görə 8.5 il həbs cəzası alıb.

0
Dünən / 16:30
|
711

DÇ-2026-da hakim irqçilikdə ittiham olunur

Avstraliyalı hakim Şon Evans DÇ-2026 oyununda irqçi jest etdiyi iddiası ilə araşdırılır.

0
Dünən / 16:30
|
875

Sarri 'Atalanta'ya təyin olundu

Mauritsio Sarri "Atalanta"nın baş məşqçisi təyin edildi. Palladinonu əvəzləyən 67 yaşlı mütəxəssis daha əvvəl "Latsio", "Yuventus", "Çelsi" və "Napoli"də çalışıb.

0
Dünən / 15:31
|
973

Klopp Naqelsmandan üzr istədi

Yurgen Klopp, Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmandan heyət seçimi ilə bağlı yanlış ifadəsinə görə üzr istədi.

0
Dünən / 14:31
|
420

Azərbaycan boksçuları Dünya Kubokunda qalib gəldi

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb. Sübhan Mamedov və Məhəmmədəli Aşırəliyev rinqdə qalib gəlib.

0
Dünən / 14:01
|
951

U-19 millimizin rəqibləri bəlli oldu

U-19 millimizin Avropa çempionatı seçmə mərhələsində rəqibləri: Serbiya, Monteneqro, Farer adaları.

0
Dünən / 13:30
|
297

DÇ-2026: Tunis millisinin baş məşqçisi qovuldu

DÇ-2026-da Tunis millisi ilk oyunda İsveçə uduzduqdan sonra baş məşqçi Sabri Lyamuşi vəzifəsindən kənarlaşdırıldı.

0
Dünən / 10:03
|
540

"Çelsi"nin ulduzu "Real Madrid"də

"Real Madrid" "Çelsi"dən Mark Kukurellanı transfer etdi. 27 yaşlı ispan müdafiəçi ilə 2032-ci ilə qədər müqavilə imzalandı.

0
...