DÇ-2026 G qrupunda ilk oyun Belçika ilə Misir arasında baş tutdu. ABŞ-nin Sietl şəhərində keçirilən matç 1:1 hesabı ilə başa çatdı.
Hər iki qolu misirli futbolçular vurdu: 19-cu dəqiqədə Emam Aşur, 66-cı dəqiqədə isə Mohamed Hani öz qapısından topu keçirdi.
Qrupun növbəti oyunu iyunun 16-da səhər 05:00-da İran və Yeni Zelandiya arasında olacaq.












