"Fiorentina"nın hücumçusu Moyze Kinin Florensiyadakı evi qarət olunub. Hadisə Kampo-di-Marte rayonunda baş verib.
Naməlum şəxslər binanın arxa tərəfdən daxil olaraq qol saatları və zərgərlik əşyalarını oğurlayıb. Ziyan 300 min avro dəyərində qiymətləndirilir.
Polis hadisənin peşəkar və planlı qarət olduğunu ehtimal edir. Oğurluq zamanı Kin İtaliyada olmayıb.












