İspaniyanın "Elçe" klubunun hücumçusu Rafa Mir, cinsi zorakılıq və bədən xəsarəti yetirmə cinayətlərinə görə 8.5 il həbs cəzasına məhkum edilib.
"Marca" nəşrinin məlumatına görə, 28 yaşlı futbolçu cinsi zorakılığa görə 7 il, bədən xəsarəti yetirməyə görə isə 18 ay həbs cəzası alıb. Həmçinin ona 10 il müddətinə zərərçəkənə 500 metrdən yaxınlaşma qadağan edilib.
Mir, zərərçəkənə 64 min avro (təxminən 74 350 dollar) təzminat ödəməlidir.
Qeyd edək ki, Mir "Sevilya"dan "Elçe"yə icarəyə verilib. O, ötən mövsüm 27 oyun keçirib, 8 qol vurub.












