Bond.az White LogoBond.az Black Logo

Joze Mourinyo “Real”a qayıdır

Joze Mourinyonun “Real”a qayıdışı yaxınlaşır. Portuqaliyalı mütəxəssis yenidən Madrid klubunu çalışdıra bilər.

Gülnar Abbasova
Müəllif:Gülnar Abbasova- Senior Editor
0

Portuqaliyalı mütəxəssis Joze Mourinyo yeni mövsümdən etibarən yenidən İspaniyanın “Real” futbol klubunun baş məşqçisi ola bilər.

Oxu.Az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, hazırda Portuqaliyanın “Benfika” klubunu çalışdıran Joze Mourinyo bu posta əsas və yeganə namizəd hesab olunur. Klub rəhbərliyi düşünür ki, komandada nəzarətdən çıxmış atmosferi yalnız təcrübəli portuqaliyalı mütəxəssis sabitləşdirə bilər.

Hazırda tərəflər arasında rəsmi müqavilə imzalanmasa da, həm “Real”, həm də Mourinyo qarşılıqlı maraqdan xəbərdardır. Məlumata görə, müqavilənin rəsmiləşdirilməsi yalnız zaman məsələsidir.

Bildirilir ki, “Benfika”nın prezidenti Rui Koşta artıq yeni baş məşqçi axtarışına başlayıb. Mourinyonun müqaviləsində nəzərdə tutulan 3 milyon avroluq təzminat məbləği isə Madrid klubu üçün məqbul hesab edilir.

63 yaşlı Joze Mourinyo 2010-2013-cü illərdə “Real”a rəhbərlik edib. Onun rəhbərliyi altında Madrid təmsilçisi bir dəfə İspaniya çempionu olub, həmçinin ölkə kuboku və superkubokunu qazanıb.

Portuqaliyalı məşqçi 2025-ci ilin sentyabrından “Benfika”nı çalışdırır. O, karyerası ərzində Portuqaliyanın “Leyriya” və “Portu”, İngiltərənin “Çelsi”, “Mançester Yunayted” və “Tottenhem”, İtaliyanın “İnter” və “Roma”, həmçinin Türkiyənin “Fənərbağça” klublarında fəaliyyət göstərib.

Joze Mourinyo UEFA Çempionlar Liqasını iki fərqli klubla qazanan altı məşqçidən biridir. UEFA onu 2017-ci ildə 1954-cü ildən bəri Avropanın ən böyük 10 məşqçisindən biri siyahısına daxil edib.

Digər Xəbərlər
Dünən / 23:00
|
732

DÇ-2026: Fransa İsveçi 3:0 darmadağın etdi

DÇ-2026 1/16 finalında Fransa İsveçi 3:0 darmadağın etdi. Mbappe iki qol, Barkola bir qol vurdu. Fransa 1/8 finalda Paraqvayla qarşılaşacaq.

0
Dünən / 22:30
|
459

Lebron Ceyms komandasını dəyişir

Dördqat NBA çempionu Lebron Ceyms Los-Anceles Leykersdən ayrılır. Transfer üçün Qolden Steyt Uorriors əsas namizəddir.

0
Dünən / 20:02
|
487

Messi Hörümçək Adamla birgə uçdu

Argentina kapitanı Lionel Messi 'Hörümçək adam: Yeni gün' filminin tanıtım çarxında rol alıb. Video və film premyerası haqqında ətraflı.

0
Dünən / 19:32
|
998

DÇ-2026: Norveç Braziliyaya rəqib oldu

DÇ-2026 1/16 finalında Norveç Kot-d'İvuarı 2:1 məğlub edərək Braziliyaya rəqib oldu. Erlinq Holand qələbə qolunu vurdu.

0
Dünən / 19:31
|
752

Azərbaycan cüdosu Avropada 7 medala yüksəldi

Azərbaycanın yeniyetmə cüdoçuları Avropa çempionatında 7 medal qazanaraq böyük uğura imza atdı.

0
Dünən / 19:30
|
476

UEFA Fənərbağçanı 7 milyon avro cərimələdi

UEFA Fənərbağçanı 7 milyon avro cərimələdi. Səbəb maliyyə qaydalarının pozulması və heyət xərcləri limitinin aşılmasıdır.

0
Dünən / 19:01
|
438

Zirə Iğdıra məğlub oldu

Zirə Türkiyədə yoxlama oyununda Iğdıra məğlub olub. Yeqor Boqomolski dubl etdi, Elçin Əlicanov qol vurdu.

0
Dünən / 17:31
|
330

Almaniya futbolçuları penaltidən qorxdu

Almaniya millisinin futbolçuları Paraqvaya qarşı oyunda penalti vurmaqdan qorxdu. Jonatan Ta məsuliyyəti üzərinə götürsə də, qol vura bilmədi.

0
Dünən / 17:00
|
538

"Milan" PSJ-dən hücumçu Ramuşu transfer etdi

Milan PSJ-dən hücumçu Qonsalu Ramuşu 70 milyon avroya transfer etdi. Portuqaliyalı futbolçu 2031-ci ilə qədər müqavilə imzaladı.

0
Dünən / 16:02
|
505

Noyer Almaniya millisini tərk etdi

Manuel Noyer Almaniya millisində karyerasını başa vurdu. 40 yaşlı qapıçı 2014-cü ildə dünya çempionu olub.

0
Dünən / 14:02
|
349

Sabah İqor Noqeyra ilə yolları ayırdı

Sabah FK braziliyalı müdafiəçi İqor Noqeyra ilə yollarını ayırdı. Noqeyra 2024-cü ildən komandada idi.

0
Dünən / 11:31
|
974

Yann Sommer "İnter"dən ayrıldı

Yann Sommer "İnter"dən rəsmən ayrıldı. İsveçrəli qapıçı 3 mövsümdə 4 titul qazandı.

0
...
Joze Mourinyo “Real”a qayıdır | Bond.az