DÇ-2026-nın 1/16 finalında Fransa İsveçi 3:0 hesabı ilə darmadağın edərək növbəti mərhələyə yüksəlib.
ABŞ-nin İst-Raterford şəhərindəki "MetLayf" stadionunda keçirilən oyunu Niderlandlı hakim Dani Makkeli idarə edib.
Fransa millisinin heyətində Kilian Mbappe iki dəfə, Bredli Barkola isə bir dəfə fərqlənib.
Fransa 1/8 finalda iyulun 5-də Paraqvay millisi ilə qarşılaşacaq.












