Azərbaycanla Afrika ölkələri arasında ticarət dövriyyəsi son 3 ildə 4 dəfəyə yaxın artıb.
Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev "Afrika Günü 2026" tədbirində bildirib ki, 2023-cü ildə 150 milyon dollar olan ticarət həcmi 2025-ci ildə 580 milyon dollara çatıb.
Energetika, kənd təsərrüfatı, nəqliyyat, təhsil və rəqəmsallaşma kimi sahələr əməkdaşlıq üçün böyük potensiala malikdir.












