Dövlət orqanlarının işğaldan azad edilmiş ərazilərdə işləyən əməkdaşları üçün aylıq 100 manat mənzil kirayəsi ödəniləcək.
Baş nazir Əli Əsədovun imzaladığı qərarla, qeydiyyat ünvanı iş yerindən 50 km-dən çox uzaqda olanlar bu vəsaiti alacaq. Hərbi qulluqçular üçün məsafə şərti tətbiq edilmir.
Eyni zamanda, hər bir ailə üzvü üçün (3 nəfərdən çox olmamaqla) əlavə 50 manat ödəniləcək. Lakin bu vəsait bir ailədə yalnız bir nəfərə verilir.
Qərar hərbi qulluqçulara və onların ailə üzvlərinə şamil edilmir. Qərar 1 yanvar 2027-ci ildən qüvvəyə minəcək.












