Bakıdakı məşhur hotellərdən birində ofisiant işləyən Şəmistan Əliyevin bıçaqlanaraq öldürülməsi ilə bağlı məhkəmə prosesi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Seymur Manafovun anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə qərarına əsasən, cinayət işi baxışa verilib və həbs-qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.
Növbəti iclas mayın 21-də keçiriləcək.
Hadisə yanvarın 25-də saat 19 radələrində hoteldə baş verib. 1996-cı il təvəllüdlü Şəmistan Əliyev camaşırxanada işləyərkən bıçaqlanıb.
Araşdırmalar nəticəsində qətldə 1992-ci il təvəllüdlü Seymur Manafov şübhəli bilinərək saxlanılıb.
O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.












