Bakı Apellyasiya Məhkəməsi, "Dr.Elnara" MMC-nin rəhbəri, tanınmış kosmetoloq Elnarə Rzayevaya şamil edilən amnistiyanı ləğv edib.
Oxu.Az xəbər verir ki, əvvəllər Nərimanov Rayon Məhkəməsi Rzayevanı Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilərək islah işləri cəzası vermiş, sonra isə amnistiya ilə azad etmişdi. Apellyasiya məhkəməsi bu qərarı dəyişdirərək amnistiyanı ləğv edib.
Rzayeva indi aylıq qazancından 10 faiz dövlətə ödəməklə islah işləri cəzası çəkəcək.
Xatırladaq ki, Rzayeva "LBC" klinikalarının idarəçiləri tərəfindən təhqir və böhtan ittihamları ilə məhkəməyə verilmişdi.












