Macarıstanın Baş naziri Peter Madyar, ölkədə dörd il əvvəl tətbiq edilən xüsusi rejimin ləğv edildiyini açıqladı.
Bu barədə o, sosial şəbəkə hesabında məlumat verib. Qeyd edib ki, müharibə şəraiti ilə bağlı tətbiq olunan rejim altı il əvvəl elan edilən fövqəladə vəziyyətlə birlikdə sona çatır.
Madyar vurğulayıb ki, artıq Macarıstan vətəndaşları adi həyatlarına dönə bilərlər.
Xatırladaq ki, o, rəsmi iqamətgahda yaşamaqdan imtina edib. Səbəblər hələlik məlum deyil.












