İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova Məmmədovanın sədrliyi ilə hazırlıq iclası keçirilib. Təqsirləndirilən şəxsə hüquq və vəzifələri izah olunub.
S.Səmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur. Bu maddələr 5 ildən 10 ilə qədər həbs nəzərdə tutur.
Vəkil Ceyhun Məmmədov müvəkkilinin yaşı və səhhətini əsas gətirərək həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəsə də, məhkəmə vəsatəti rədd edib.
Əsas iclas mayın 20-nə təyin edilib. Qeyd edək ki, Saleh Səmədov ötən il 9 May tədbirində SSRİ bayrağı və Georgi lenti ilə çıxış edərək qalmaqal yaratmışdı.












