Bond.az xəbər verir ki, Avstraliya fond birjası operatoru ASX Ltd-in səhmləri çərşənbə axşamı 10%-dən çox ucuzlaşıb. Şirkət texnoloji yeniləmələr və tənzimləyici tələblər səbəbindən xərclərin kəskin artacağını açıqlayıb.
ASX səhmləri 10.6% ucuzlaşaraq A$52.27-yə düşüb və son üç ayın ən pis göstəricisini qeydə alıb.
Şirkət 2027-ci il üçün ümumi xərclərin 18-21% artacağını, kapital qoyuluşu hədəfini isə A$160-180 milyondan A$180-200 milyona yüksəldib.
Artım əsasən CHESS klirinq və hesablaşma platformasının modernləşdirilməsi və ASIC tərəfindən aparılan araşdırmadan sonra genişləndirilmiş “Accelerate Proqramı” ilə bağlıdır.
ASX 2028-ci il üçün kapital qoyuluşu hədəfini A$170-190 milyon müəyyənləşdirib və orta müddətli kapital gəlirliliyi hədəfini 12-14%-ə endirib.
Şirkət dividend ödənişlərinin ən azı növbəti iki dividend üçün aşağı hədddə qalacağını bildirib.












