İtaliyanın "Latsio" klubunun sabiq hücumçusu İqor Protti 58 yaşında vəfat edib.
Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, 2025-ci ilin iyun ayında ona bağırsaq xərçəngi diaqnozu qoyulub.
"A, B və C Seriyalarının ən yaxşı bombardiri olan Protti həm meydanda, həm də xəstəliklə mübarizədə nümunə idi", - deyə klubdan bildirilib.
Protti 1996-1997 və 1998-ci illərdə "Latsio"da oynayıb. O, həmçinin "Livorno", "Bari", "Napoli", "Messina" kimi klublarda çıxış edib.
1995/96 mövsümündə "Bari"nin heyətində 24 qol vuraraq A Seriyasının bombardiri olub. 1998-ci ildə isə İtaliya Superkubokunu qazanıb.












