"Sabah" futbol klubunun baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasında rəqibləri TNS haqqında danışıb.
O, hər rəqibə hörmətin vacibliyini vurğulayıb: "TNS Uelsdə uzun müddətdir hegemonluq edir. Onlarla oyunda qalib gəlmək üçün yüksək motivasiya lazımdır".
Dambrauskas püşkün əhəmiyyətini azaldaraq bildirib: "Rəqibin kim olması önəmli deyil, əsas hazırlıqdır. Müasir futbolda hamı yaxşı oynayır".
O, iki həftəlik təlim-məşq toplanışının əhəmiyyətini qeyd edib: "Düzgün hazırlıq nəticəni gətirəcək".
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi iyulun 7-8 və 14-15-də keçiriləcək.












