Hövsan qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmayıb.
Bu barədə Oxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli məlumat verib.
"Hadisə bu gün saat 13:45-də qeydə alınıb. Fikrət Müşfiq oğlu Quliyevin idarə etdiyi 'Changan' markalı, 88-BJ-358 dövlət nömrə nişanlı minik avtomobili ilə Namiq Sərdar oğlu Əliyevin idarə etdiyi 99-JR-116 dövlət nömrə nişanlı BMC markalı avtobus toqquşublar. Xəsarət alan olmayıb. Nəqliyyat vasitələrinə maddi ziyan dəyib.
Fakt araşdırılır".












