İstilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları təsdiqlənib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar imzalanıb.
Qərara əsasən, işçilər qoruyucu geyim və ayaqqabı, digər fərdi mühafizə vasitələri ilə pulsuz təmin edilməlidirlər.
İşçi heyət qoruyucu geyimdə və düymələri bağlanmış vəziyyətdə işləməlidir. Qoruyucu geyimdə hərəkət edən və fırlanan mexanizmlərin hissələri tərəfindən tutula biləcək sallanan hissələr olmamalıdır.












