Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsinə yeni təyinat olub.
Oxu.Az xəbər verir ki, sözügedən vəzifəyə Zara İbrahimzadə təyin edilib.
Qeyd edək ki, bundan əvvəl həmin vəzifəni Zamirə Ədilova icra edirdi. O, aprel ayında vəzifədən ayrılıb. Bir müddətdir ki, onun vəzifəsi Elnur Hidayətoğluna həvalə olunmuşdu.












