Ukraynadakı müharibədə daha bir azərbaycanlı həyatını itirib.
Oxu.Az Modern.az-a istinadla xəbər verir ki, Rusiya vətəndaşı, 1995-ci il təvəllüdlü Asif Novruz oğlu Mehdiyev Ukraynadakı hərbi əməliyyatlar zamanı həlak olub.
Həştərxan şəhərindən olan Asif Mehdiyev Rusiya ordusunda müqaviləli hərbi qulluqçu kimi xidmət edib. O, Donetsk vilayətindəki döyüşlərdən birində həyatını itirib.
Qeyd edək ki, müharibə başlayandan bəri hər iki tərəfdən yüzlərlə azərbaycanlı həlak olub.












