Fövqəladə Hallar Nazirliyinə Suraxanı rayonunda avtomobil yanğını barədə məlumat daxil olub.
Hadisə yerinə FHN-in yanğınsöndürən qüvvələri cəlb edilib və Hyundai markalı avtomobildəki yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin yanar hissələri zədələnib. Xəsarət alan olmayıb və ətraf ərazilər qorunub.












