Bond.az White LogoBond.az Black Logo

Bazar günü 23 mindən çox şəxs imtahan verəcək

Bazar günü 23 mindən çox bakalavr magistraturaya qəbul imtahanı verəcək. Tarix, saat, qaydalar və nəticələr haqqında ətraflı məlumat.

Samir Məmmədov
Müəllif:Samir Məmmədov- Senior Editor
|
0

17 may 2026-cı il tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (II cəhd) keçiriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

İmtahan respublikanın yeddi şəhər və rayonunda - Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Abşeron, Mingəçevir və Lənkəranda, ümumilikdə 92 binada təşkil olunacaq.

İmtahan bütün binalarda eyni vaxtda - saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış, saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İmtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır.

İmtahanın müddəti 3 saat 30 dəqiqədir. İmtahanın başlandığı andan üç saat sonra test tapşırıqlarının cavablandırılması üçün ayrılan vaxt başa çatır və cavab kartları yığılır. Bundan sonra iştirakçılara esse vərəqləri paylanır. Esselərin yazılmasına 30 dəqiqə vaxt verilir.

İmtahan nəticələri iki mərhələdə elan olunacaq. İmtahandan sonrakı iki-üç gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə esse tapşırıqları yoxlanıldıqdan sonra təqdim olunacaq.

İmtahan iştirakçıları "Yaddaş kitabçası" ilə tanış ola bilərlər.

İmtahan binasına mobil telefon, kalkulyator, kitab, çanta kimi əşyaların gətirilməsi qadağandır.

Ərizələrin qəbulu 1-14 aprel tarixlərində aparılıb. İmtahanda iştirak etmək üçün 23 089 bakalavr ərizə təqdim edib. Onlardan 21 372 nəfər Azərbaycan bölməsi, 1 717 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 15 293-ü cari ilin, 7 796-sı isə əvvəlki illərin məzunlarıdır, 55 nəfər xarici ölkə vətəndaşıdır.

İmtahanda 23 nəfər sağlamlıq imkanları məhdud bakalavr da iştirak edəcək. Onlar üçün xüsusi zallar ayrılıb, gözdən əlillərə fərdi nəzarətçilər təyin edilib.

Qeydiyyatdan keçmiş bakalavrlar mayın 8-dən etibarən DİM-in saytından "İmtahana buraxılış vərəqəsi"ni çap edirlər. İmtahana gələrkən şəxsiyyət vəsiqəsi və buraxılış vərəqəsi mütləq tələb olunur.

Digər Xəbərlər
Bu gün / 09:32
|
560

Həcc ziyarəti: 7 təyyarə ilə yola düşmə qrafiki açıqlandı

QMİ həcc ziyarətinə yola düşəcək 7 təyyarənin uçuş qrafiklərini açıqladı. İlk təyyarə 17 Mayda, sonuncu 21 Mayda. Qiymət 6 100 USD.

0
Bu gün / 09:19
|
524

Yevlax və Zərdabda qaz kəsiləcək

Yevlax və Zərdabda qaz təchizatında fasilə: təmir işləri səbəbindən qaz kəsiləcək.

0
Bu gün / 09:04
|
943

Pensiya vaxtı açıqlandı: Bakı, Sumqayıt, Abşeron

Mayın 14-də Bakı, Sumqayıt və Abşeronda pensiyaların ödənilmə vaxtı açıqlandı. Güzəştli pensiyalar qrafik üzrə veriləcək.

0
Bu gün / 09:02
|
328

WUF13-ə 32 mindən çox iştirakçı gözlənilir

WUF13-ə 180 ölkədən 32 mindən çox iştirakçının qatılması gözlənilir. Forumda şəhərsalma, ekologiya və innovasiya mövzuları müzakirə olunacaq.

0
Bu gün / 08:47
|
558

Qurbanlıq heyvanların satış və kəsim məntəqələri - Ünvanlar

Azərbaycanda qurbanlıq heyvanların satışı və kəsimi üçün 134 məntəqənin ünvanları. Bakı, regionlar və Naxçıvan üzrə tam siyahı.

0
Bu gün / 08:34
|
859

Sabiq hakimlər vəkilliyə namizəd oldular - FOTO

Konstitusiya Məhkəməsinin sabiq sədr müavini Sona Salmanova və 6 sabiq hakim vəkilliyə namizəd oldu.

0
Bu gün / 08:32
|
608

Sabah 31 dərəcə isti olacaq - 14.05.2026

Mayın 14-də hava proqnozu: Bakıda 23-27°, regionlarda 31°-yədək isti. Yağış ehtimalı, külək və rütubət məlumatları ilə. Tam xəbəri oxuyun!

0
Bu gün / 08:31
|
488

WUF13: 41 Ölkə Pavilyonla İştirak Edəcək

WUF13-də 41 ölkə pavilyonla iştirak edəcək. Urban Expo zonası 3.5 hektar ərazini əhatə edir. Azərbaycan pavilyonunun sahəsi 1500 m².

0
Bu gün / 07:48
|
993

Qazaxda ev partlayışı: xəsarət alan var

Qazaxda fərdi evdə partlayış nəticəsində bir qadın xəsarət alıb. Hadisə ilə bağlı araşdırma aparılır.

0
Bu gün / 07:46
|
883

Füzuli Memorial Kompleksinə 17.5 milyon manat

Füzuli Memorial Kompleksinin tikintisi üçün 17.5 milyon manat xərclənəcək. Layihə “Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən həyata keçirilir.

0
Bu gün / 07:17
|
835

Sumqayıt, Abşeron və Binəqədidə su kəsiləcək

Sumqayıt, Abşeron və Binəqədidə 14-16 may tarixlərində su kəsiləcək. Səbəb magistral xətt təmiri və siyirtmə quraşdırılmasıdır.

0
Bu gün / 07:04
|
450

Vado Korovinin kürəkəni işdən çıxarılıb? - AÇIQLAMA

Vado Korovinin kürəkəni Nəriman Əbdüləliyev işdən çıxarılması ilə bağlı yayılan xəbərləri təkzib edib.

0
...