Sabah saat 09:30-dan etibarən Yevlax rayonunun bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.
Aran-1, Aran-2 qəsəbələri, Nemətabad, Duzdağ, Nərimanabad və Yəldilli kəndləri bu siyahıya daxildir.
Bundan başqa, 15 may 2026-cı il saat 14:00-dan Zərdab şəhərinin bir hissəsində də qaz kəsiləcək.
Məlumata görə, fasilə payız-qış mövsümünə hazırlıq və təmir-quraşdırma işləri ilə bağlıdır.












