Bond.az White LogoBond.az Black Logo

WUF13: Sahibkarlar və startaplar üçün fürsətlər

WUF13 sahibkarlar və startaplar üçün qlobal təcrübə, tərəfdaşlıq və innovasiya imkanları təqdim edir. 17-22 may 2026 Bakıda.

Samir Məmmədov
Müəllif:Samir Məmmədov- Senior Editor
|
0

Biznes subyektləri və startaplar WUF13-də aktiv iştirak etməklə beynəlxalq təcrübədən yararlana, işgüzar əlaqələrini genişləndirə, məhsul və xidmətlərini geniş auditoriyaya təqdim edə bilərlər.

Oxu.Az xəbər verir ki, 17-22 may 2026-cı il tarixlərində Bakı şəhəri daha bir mötəbər tədbirə - Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) ev sahibliyi edəcək. WUF13 qlobal miqyasda dayanıqlı və innovativ şəhərsalma həllərinin müzakirə olunduğu, bu sahədə "yaşıl iqtisadiyyat" və dövlət-özəl sektor əməkdaşlığının prioritetləndirildiyi nüfuzlu platformadır. Bu tədbir yalnız şəhərsalma mütəxəssisləri üçün deyil, sahibkarlar və startaplar üçün də faydalıdır. Konfrans və sərgi ("Urban Expo") olmaqla iki hissədən ibarət forum biznes üçün bir sıra unikal imkanlar təqdim edəcək.

Qlobal təcrübə və tərəfdaşlıq imkanları

WUF13 çərçivəsində təşkil olunacaq konfransda yerli və beynəlxalq ekspertlərin, dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə dayanıqlı şəhərsalma həlləri, "yaşıl iqtisadiyyat" və innovativ texnologiyalar mövzusunda geniş müzakirələr aparılacaq. Bunun sahibkarlar üçün faydaları:

Müxtəlif ölkələrdə təşkil olunmuş WUF-ların təcrübəsi göstərir ki, sahibkar və startaplar bu tədbirdə iştirak etməklə bir sıra müsbət geridönüşlər əldə edirlər.

"Urban Expo": innovativ şəhərsalma həlləri

WUF13 çərçivəsində təşkil olunacaq "Urban Expo" sərgisi sahibkarlara innovativ məhsullarını, "ağıllı şəhər" texnologiyalarını və dayanıqlı həlləri geniş auditoriyaya təqdim etmək imkanı verəcək. Burada sahibkarlar:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və WUF13 Əməliyyat Şirkətinin birgə əməkdaşlığı çərçivəsində sahibkarlar üçün WUF13-ün biznes üçün faydalarına dair "Bakı KOB evi"ndə məlumatlandırma sessiyası təşkil olunub. KOBİA-nın təşkilatçılığı ilə forumun Biznes və İnnovasiya Mərkəzində mayın 21-də "Kiçik və orta bizneslərin dayanıqlı, inklüziv və davamlı şəhərlərin qurulmasında əsas iştirakçı kimi rolunun gücləndirilməsi" mövzusunda panel müzakirə təşkil olunacaq. Tədbirin keçirilməsində əsas məqsəd KOB-ların dayanıqlı şəhər inkişafında rolunun gücləndirilməsi, inklüziv və davamlı şəhər mühitlərinin formalaşdırılmasına töhfələrini artırmaqdır. Həmçinin "Urban Expo" sərgisində KOBİA və Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının birgə stendində tikinti və şəhərsalma sahəsində fəaliyyət göstərən sahibkarların məhsul və xidmətləri nümayiş olunacaq, eləcə də stenddə Agentliyin sahibkarlara göstərdiyi dəstək və xidmətlər barədə forum müddətində məlumat veriləcək.

Biznes və İnnovasiya Mərkəzində sahibkarlar və startaplar üçün imkanlar

Ümumilikdə, Biznes və İnnovasiya Mərkəzində "Şəhərsalma dəyər zəncirinin praktik tətbiqi" mövzusunda 15 sessiya keçiriləcək. Bu interaktiv sessiyalarda dayanıqlı şəhərsalma və layiqli mənzil təminatının tərəfdaşlar, şirkətlər və biznes assosiasiyaları tərəfindən həyata keçirilən real layihələr və təcrübələr sayəsində necə inkişaf etdirildiyi nümayiş etdiriləcək. Özəl sektoru bütün müxtəlifliyi ilə əks etdirən Mərkəz irimiqyaslı şirkətlərdən tutmuş kiçik və orta bizneslər, startaplar və biznes assosiasiyalarına qədər geniş iştirakçı auditoriyasını ehtiva etməklə yanaşı, innovasiya, texnologiya və şəhərsalma problemləri ilə bağlı yeni yanaşmaları ön plana çıxaracaq. Mərkəz həmçinin şəhərlər, investorlar və biliklərini təcrübədə tətbiq edən mütəxəssislər arasında mübadiləni təşviq edərək ideyaların icra yönümlü yanaşmalara çevrilməsinə və şəhərsalma üzrə dəyər zənciri sahəsində əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək.

Həmçinin Biznes və İnnovasiya Mərkəzində yeni yaradılmış şirkətlərin və gənc sahibkarların öz innovasiyalarını nümayiş etdirmələri üçün xüsusi məkan - Startap Pavilyonu təqdim olunacaq. Dünya üzrə 10 ölkədən seçilmiş 14 startap layihəsinin iştirakı etdiyi bu pavilyonun məqsədi yeni subyektlərin səsinə səs vermək və həm mənzil təminatının, həm də şəhərsalma problemlərinin həlli üçün miqyaslanan ideyaları ön plana çıxarmaqdır.

Sahibkarlar və startaplar WUF13-ün Biznes və İnnovasiya Mərkəzi və sərgi, ümumiyyətlə forumun proqramı barədə ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərlər: https://wuf.unhabitat.org/main-events

Beləliklə, WUF13 şəhərsalma ilə bağlı yeniliklərin müzakirə olunduğu tədbir olmaqla yanaşı, həm də sahibkarlar və startaplar üçün qlobal trendlərlə tanış olmaq, innovativ ideya və məhsullarını təqdim etmək, yeni tərəfdaşlıqlar qurmaq, eləcə də dayanıqlı və "ağıllı şəhər" konsepsiyalarının inkişafında aktiv iştirak etmək üçün əlverişli platformadır.

Digər Xəbərlər
2026-07-04 17:01
|
724

İpoteka azalması mənzil satışına necə təsir etdi?

İpoteka kreditlərinin azalması mənzil satışına necə təsir edir? İqtisadçı Vüqar Oruc şərh edir. Daşınmaz əmlak bazarındakı son vəziyyət.

0
2026-07-04 05:30
|
408

Azərbaycan nefti bahalaşdı: 72.93 dollar

Azərbaycan nefti bahalaşdı. "Azeri Light" neftinin qiyməti 72.93 dollar oldu. Yenilikləri izləyin.

0
2026-07-04 02:00
|
472

Yaponiya İrandan neft alacaq?

Yaponiya İrandan neft almaq üçün danışıqlara başlayıb. ABŞ sanksiyaları yumşaldıqdan sonra Tehran neft satışına icazə verib.

0
2026-07-03 14:33
|
699

Hadı Rəcəblinin oğluna 350 minlik iş

Ağdamda məcburi köçkünlər üçün yaşayış kompleksinin qazanxana sisteminə 354 min manat xərclənəcək. Xidməti Hadi Rəcəblinin oğlunun şirkəti göstərəcək.

0
2026-07-03 06:01
|
808

100 manatlıq yenilənmiş pul tədavülə buraxılır

15 iyulda yenilənmiş 100 manatlıq pul nişanı tədavülə buraxılır. Mərkəzi Bank saxtalaşdırmaya qarşı tədbirləri davam etdirir.

0
2026-07-03 05:32
|
795

Qızıl 4200 dolları keçdi

Qızılın qiyməti Comex birjasında 4200 dolları keçdi. Son məlumatlara görə, qızıl füçersi 4206.7 dollara yüksəlib.

0
2026-07-02 20:31
|
693

Türkiyə SEPA-ya qoşulmaq istəyir

Türkiyə Avropa Ödəniş Şurasına müraciət edərək Vahid Avro Ödəniş Məkanına (SEPA) qoşulmaq niyyətini bildirib. Bu, Aİ ilə ticarət və investisiyaları artıracaq.

0
2026-07-02 17:31
|
805

Gənc jurnalistlər SOCAR-ın yaşıl enerji planında

SOCAR-ın Eko-parkında gənc media nümayəndələri üçün yaşıl enerji planı təqdim olundu, dekarbonizasiya strategiyası müzakirə edildi.

0
2026-07-02 15:31
|
891

Azərbaycandan tranzitlə Ermənistana buğda

Rusiyadan Ermənistana 14 vaqon buğda Azərbaycandan tranzitlə göndəriləcək. Yük Biləcəri stansiyasından yola salınacaq.

0
2026-07-01 14:00
|
663

45 nəfərə pulsuz mənzil veriləcək

Saatlı rayonunda 45 nəfərə pulsuz mənzil veriləcək. Əlil və şəhid ailələrinə 18 üçotaqlı, 27 ikiotaqlı mənzil.

0
2026-07-01 11:02
|
749

ƏDV depozit hesabı ilə bağlı yeni dəyişiklik

ƏDV depozit hesabı ilə bağlı yeni dəyişiklik: sahibkarlara dövlət sosial müdafiə fonduna vəsait köçürmək imkanı yaradılır.

0
2026-07-01 08:33
|
441

Sahil Babayev: QDTİB kiçik və orta biznesi maliyyələşdirəcək

Maliyyə naziri Sahil Babayev Qara Dəniz Ticarət və İnkişaf Bankının kiçik və orta biznesi maliyyələşdirməyi planlaşdırdığını açıqladı.

0
...
WUF13: Sahibkarlar və startaplar üçün fürsətlər | Bond.az