Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) 41 ölkə pavilyonla təmsil olunacaq.
Oxu.Az xəbər verir ki, bu barədə WUF13 Azərbaycan Əməliyyat şirkətinin icraçı direktoru Adil Məmmədov məlumat verib.
Onun sözlərinə görə, "Urban Expo" zonası 3.5 hektar ərazini əhatə edəcək. Burada ölkə pavilyonları, beynəlxalq təşkilatlar və digər qurumlar üçün sərgi sahələri yerləşəcək.
Azərbaycan pavilyonunun sahəsi 1500 kvadratmetrdir. Tədbirə 14-ə yaxın ölkənin bələdiyyə nümayəndəsi qatılacaq.












