Bond.az White LogoBond.az Black Logo

Yasamalda parklanma nişanı hasarda qaldığı üçün sürücülər cərimələnir

Yasamalda tikinti səbəbindən parklanma nişanı görünmür, sürücülər kod olmadığı üçün cərimələnir. Şirkətin çağrı mərkəzinə müraciətləri nəticəsiz qalıb.

Emin Orucov
Müəllif:Emin Orucov- Senior Editor
|
0

Vətəndaş sosial şəbəkələrdə paytaxtın Yasamal rayonu ərazisində yerləşən parklanma məntəqəsindən şikayət edib.

Onun sözlərinə görə, avtomobilini park etmək istəsə də, parklanma xidmətini aktivləşdirə bilmədiyi üçün cərimələnib. Buna səbəb isə xidmətin aktivləşdirilməsi üçün tələb olunan kodun görünməməsidir.

Şikayət edilən ərazi Şəfayət Mehdiyev küçəsində yerləşir. Problemin əsas səbəbi həmin ərazidə tikinti aparan şirkətin parklanma nişanının yerləşdiyi hissəni hasara almasıdır. Nəticədə, nişan və üzərindəki kod hasarın arxasında qaldığından sürücülər məlumatı görə bilmir, parklanma xidmətini aktivləşdirə bilmədikləri üçün isə cərimə olunurlar.

Məsələ ilə bağlı tikinti işlərini həyata keçirən şirkətin nümayəndəsi Ülvi Rəsulov Baku TV-yə bildirib: "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin '141' çağrı mərkəzi ilə dəfələrlə əlaqə saxlamışam. Bəlkə də, 10-15 dəfə müraciət etmişik ki, gəlib bu problemi aradan qaldırsınlar. Hətta təklif etmişəm ki, bizə icazə versinlər, parklanma nişanını söküb yol tərəfə yerləşdirək ki, insanlar rahat görə bilsinlər. Dəfələrlə müraciət etməyimizə baxmayaraq, heç kim tədbir görmür".

Digər Xəbərlər
Bu gün / 12:02
|
569

Fərid Ələsgərova Bakı Metropolitenində vəzifə verildi

Fərid Ələsgərov Bakı Metropolitenində Maliyyə departamentinin Xəzinədarlıq şöbəsinə rəis təyin olundu.

0
Bu gün / 12:01
|
754

Sabirabad, Şirvan və Balakəndə qaz kəsiləcək

Sabirabad, Şirvan və Balakəndə iyunun 3-də qaz kəsiləcək. Müvəqqəti fasilə təmir işləri ilə bağlıdır.

0
Bu gün / 11:32
|
371

Küləkli hava ilə bağlı yol polisi xəbərdarlığı

BDYPİ küləkli hava ilə bağlı sürücü və piyadalara xəbərdarlıq edib. Ehtiyatlı olun və yol qaydalarına riayət edin.

0
Bu gün / 11:32
|
747

Müəllimlərin işə qəbulu üçün elektron sənəd qəbulu başlayır

2026-2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsinin elektron sənəd qəbulu mərhələsi başlayır. Sənəd qəbulu 3-10 iyun tarixlərində.

0
Bu gün / 11:31
|
679

Bərdənin 18 kəndi və 2 qəsəbəsində qaz kəsiləcək

Bərdə rayonunda 18 kənd və 2 qəsəbədə qaz təchizatı müvəqqəti dayandırılır. Təmir işlərindən sonra qaz yenidən veriləcək.

0
Bu gün / 11:01
|
283

Lökbatan 2 gün susuz qalacaq

Lökbatan qəsəbəsində 2 iyun gecəsindən 4 iyun günortasına qədər su kəsiləcək. 40 mindən çox sakin təsirlənəcək.

0
Bu gün / 09:31
|
976

AZAL və mülki aviasiya nümayəndələri Fəxri xiyabanda

AZAL kollektivi və mülki aviasiya nümayəndələri Fəxri xiyabanı ziyarət edərək ümummilli lider Heydər Əliyev və akademik Zərifə Əliyevanın xatirəsini yad ediblər.

0
Bu gün / 09:01
|
766

Abşeron yatağının II mərhələsi üzrə layihələndirmə başa çatıb

Abşeron qaz-kondensat yatağının ikinci mərhələsi üzrə layihələndirmə işləri başa çatıb. TotalEnergies rəhbəri Emmanuel de Guillebon Bakı Enerji Forumunda detalları açıqlayıb.

0
Bu gün / 08:32
|
225

Bakıda su təchizatı üzrə iki pilot layihə

Bakıda su təchizatı üzrə iki pilot layihə həyata keçirilir. Energetika nazirinin müavini Elnur Soltanov Bakı Enerji Forumunda bu barədə məlumat verib.

0
Bu gün / 08:01
|
282

Keçmiş deputat Əlihüseyn Əliyev vəfat etdi

Sabiq millət vəkili Əlihüseyn Əliyev 76 yaşında vəfat edib. O, Zərdab rayonunu təmsil edib və peşə liseyinə rəhbərlik edib.

0
Bu gün / 08:01
|
921

Zara İbrahimzadəyə TƏBİB-də yüksək vəzifə verildi

Zara İbrahimzadə TƏBİB-in İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri təyin edildi. Ətraflı məlumat üçün oxuyun.

0
Bu gün / 07:32
|
292

Gürcüstanda ana oğlunu qayçı ilə öldürdü

Gürcüstanın Bolnisi bələdiyyəsində 7 yaşlı oğlunu qayçı ilə öldürən ana polis tərəfindən saxlanılıb. Hadisənin təfərrüatları.

0
...
Yasamalda parklanma nişanı hasarda qaldığı üçün sürücülər cəri...