Qaradağ rayonu, Lökbatan qəsəbəsində suyun verilməsində fasilə yaranacaq.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, yeni su xəttinin şəbəkəyə qoşulması səbəbindən 2 iyun gecəsindən 4 iyun günortasına qədər su kəsiləcək.
Qeyd edək ki, Lökbatan qəsəbəsinin 40 mindən çox sakini var.












