Türkiyənin Antalya əyalətində rusiyalı turistləri daşıyan avtobus qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər xəsarət alıb.
Oxu.Az-ın məlumatına görə, qəza mayın 23-də Beldibi kurort şəhərində baş verib. Avtobus maneəyə çırpılıb.
Bütün yaralılar Rusiya vətəndaşıdır. Ölən olmayıb. Yaralılar xəstəxanaya aparılıb, vəziyyətləri orta və yüngüldür.












