Bond.az White LogoBond.az Black Logo

FIFA təhqirlərə qarşı süni intellektdən istifadəni genişləndirir

FIFA, futbolçulara qarşı təhqirlərlə mübarizə üçün süni intellekt əsaslı "Respondology" xidmətini genişləndirir. Texnologiya 30 min açar sözü skan edərək aqressiv şərhləri gizlədir.

Aysel Quliyeva
Müəllif:Aysel Quliyeva- Senior Editor
|
0

FIFA, komandalara və futbolçulara qarşı yönələn təhqirlərin sayını azaltmaq məqsədilə sosial şəbəkələrdə süni intellektdən istifadəsini genişləndirəcək.

Oxu.Az xəbər verir ki, bu barədə "Guardian" məlumat yayıb.

Dünya çempionatı ərəfəsində təşkilat bütün milli federasiyalara "Respondology" adlı süni intellekt əsaslı moderasiya xidmətini sosial şəbəkələrdə pulsuz tətbiq etməyi təklif edib.

Texnologiya 30 min açar söz üzrə şərhləri skan edir və irqçi, homofob, qadınlara qarşı nifrət xarakterli və digər aqressiv şərhləri iki saniyədən də az müddətdə gizlədir. Bununla yanaşı, təhqiredici şərhin müəllifi öz paylaşımını görməyə davam edir, lakin onun digər istifadəçilərdən gizlədildiyini və təhlükəsizlik xidmətinə ötürüldüyünü bilmir.

Qayda pozan şəxslərə stadionlara daxil olmaq qadağan edilə bilər.

Xidmət əksər platformalarda tətbiq olunsa da, "X" sosial şəbəkəsində işləmir.

Texnologiyanın yaradıcıları bildirirlər ki, sistem dünyanın bütün dillərində təhqirləri tanıya bilir. Buraya hətta Morze əlifbası və Klinqon dili kimi süni dillər də daxildir. Bundan əlavə, sistem mədəni istinadları və dil nüanslarını da başa düşür.

Digər Xəbərlər
Bu gün / 08:02
|
209

Yaxın Şərqdə gərginlik nefti bahalaşdırdı

Yaxın Şərqdə artan gərginlik neft qiymətlərini kəskin artırdı. Brent 97.32 dollar, WTI 94.48 dollar oldu.

0
Bu gün / 08:01
|
337

Pakistanda partlayış: 3 ölü, 1 yaralı

Pakistanın Turbat şəhərində magistral yolda partlayıcı qurğunun işə düşməsi nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb.

0
Bu gün / 07:31
|
799

Paşinyan: Üçbaşlı müharibə partiyası məğlub oldu

Nikol Paşinyan seçki nəticələrini şərh edərək, üçbaşlı müharibə partiyasının məğlub olduğunu bildirib.

0
Bu gün / 07:30
|
901

Polşa Zelenski üçün hava limanını bağladı

Polşa Ukrayna Prezidenti Zelenski üçün hava limanını bağlayıb. Varşava ilə Kiyev arasında gərginlik artır.

0
Bu gün / 06:00
|
989

IATA: Aviasiya hot-doqdan az qazanır

IATA baş iqtisadçısı: Aviasiya sənayesinin sərnişin başına qazancı Dünya Kuboku stadionlarında hot-doqun qiymətindən azdır.

0
Bu gün / 05:31
|
965

İsrail-İran qarşıdurması kritik həddə - Trampdan maraqlı mövqe

İsrail-İran qarşıdurması kritik həddə: Tramp Netanyahunu çağırsa da, İsrail İrana zərbələr endirdi. SEPAH üçüncü nəsil raketlərdən istifadə etdi.

0
Bu gün / 05:30
|
647

Yaponiyada sunami xəbərdarlığı: 181 min nəfər təxliyə edilir

Filippin zəlzələsindən sonra Yaponiyada sunami xəbərdarlığı: 181 min nəfər təxliyə edilir. Altı prefekturada təhlükəsizlik tədbirləri görülür.

0
Bu gün / 05:02
|
577

Yaponiyada amerikalılar Pançın volyerinə girdi, cərimələndi

Yaponiyada iki amerikalı məşhur Panç meymununun volyerinə icazəsiz daxil olduğu üçün cərimələnib. Hadisə İtikava zooparkında baş verib.

0
Bu gün / 05:01
|
979

Filippində 7.8 ballıq zəlzələ: sunami xəbərdarlığı

Filippində 7.8 bal gücündə zəlzələ nəticəsində 3 nəfər ölüb, sunami xəbərdarlığı elan edilib.

0
Bu gün / 04:31
|
329

Tramp süni intellekt gəlirini vətəndaşlarla bölüşmək istəyir

Donald Tramp süni intellekt şirkətlərinin səhmlərinin vətəndaşlara verilməsini dəstəkləyir. OpenAI-nin təklif etdiyi İctimai Rifah Fondu ilə gəlir bölüşdürüləcək.

0
Bu gün / 04:31
|
428

Ermənistanda seçki qalibi rəsmən açıqlandı

Ermənistanda seçkilərin rəsmi nəticələri: Vətəndaş Sazişi Partiyası 50.86% səslə qalib gəlir, digər partiyaların göstəriciləri açıqlanır.

0
Bu gün / 04:01
|
597

Çin kosmos yarışında yeni mərhələyə keçir - FOTO

Çin 2030-cu illərin ortalarınadək dünyanın ən böyük astronomiya mərkəzini qurmağı planlaşdırır. Layihə Tsinxay əyalətində yerləşəcək.

0
...