Bond.az White LogoBond.az Black Logo

İsrail-İran qarşıdurması kritik həddə - Trampdan maraqlı mövqe

İsrail-İran qarşıdurması kritik həddə: Tramp Netanyahunu çağırsa da, İsrail İrana zərbələr endirdi. SEPAH üçüncü nəsil raketlərdən istifadə etdi.

Nərmin Vəliyeva
Müəllif:Nərmin Vəliyeva- Senior Editor
|
0

ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunu növbəti hücumlardan çəkinməyə çağırmasına baxmayaraq, Təl-Əviv İranın qərb və mərkəzi hissələrindəki hərbi obyektlərə zərbələr endirdiyini açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Bundan bir neçə saat əvvəl isə Tramp bildirib ki, Təl-Əviv və Tehran arasındakı yeni zərbələr onun rəhbərliyinin İranla apardığı sülh danışıqlarına təsir etməyəcək.

"Bu, razılaşmaya heç bir təsir göstərməyəcək. Bütün qərarları mən verirəm. O qərar qəbul etmir", - deyə Ağ Ev lideri bildirib.

Xatırladaq ki, bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail ərazisinə silsilə zərbələr endirib. "Tasnim" agentliyinin məlumatına görə, Tehran bu hücumu İsrail ordusunun (SAXAL) Beyrutda həyata keçirdiyi əməliyyatlara cavab kimi izah edib.

Bu, son iki ayda İran silahlı qüvvələri tərəfindən İsrailə atılan ilk raket zərbələridir. İran İsraili bərk yanacaqla işləyən "Xeybarşekan" raketləri ilə hədəfə alıb. Agentliyin məlumatında bildirilir ki, həmin raketlərin uçuş mənzili 1 450 kilometrə bərabərdir, ağırlığı isə təqribən 4 500 kiloqramdır.

Qeyd olunan ballistik raket növü SEPAH-ın üçüncü nəsil arsenalına daxildir. Rəsmi Tehran İsrailə qarşı həyata keçirilən hücumu bir xəbərdarlıq kimi qiymətləndirib. SEPAH-ın açıqlamasına görə, zərbə üçün əsas hədəf hərbi aviabaza seçilib.

Nəzərə çatdıraq ki, ABŞ Prezidenti Donald Tramp Tehran rəhbərliyini də yenidən danışıqlar masasına əyləşməyə səsləyib. O, tərəflərin sülh müqaviləsi imzalamaq ərəfəsində olduğunu iddia edərək, İrandan növbəti hücumlardan çəkinməyi xahiş edib.

Digər Xəbərlər
Bu gün / 06:00
|
989

IATA: Aviasiya hot-doqdan az qazanır

IATA baş iqtisadçısı: Aviasiya sənayesinin sərnişin başına qazancı Dünya Kuboku stadionlarında hot-doqun qiymətindən azdır.

0
Bu gün / 05:30
|
647

Yaponiyada sunami xəbərdarlığı: 181 min nəfər təxliyə edilir

Filippin zəlzələsindən sonra Yaponiyada sunami xəbərdarlığı: 181 min nəfər təxliyə edilir. Altı prefekturada təhlükəsizlik tədbirləri görülür.

0
Bu gün / 05:02
|
577

Yaponiyada amerikalılar Pançın volyerinə girdi, cərimələndi

Yaponiyada iki amerikalı məşhur Panç meymununun volyerinə icazəsiz daxil olduğu üçün cərimələnib. Hadisə İtikava zooparkında baş verib.

0
Bu gün / 05:01
|
979

Filippində 7.8 ballıq zəlzələ: sunami xəbərdarlığı

Filippində 7.8 bal gücündə zəlzələ nəticəsində 3 nəfər ölüb, sunami xəbərdarlığı elan edilib.

0
Bu gün / 04:31
|
329

Tramp süni intellekt gəlirini vətəndaşlarla bölüşmək istəyir

Donald Tramp süni intellekt şirkətlərinin səhmlərinin vətəndaşlara verilməsini dəstəkləyir. OpenAI-nin təklif etdiyi İctimai Rifah Fondu ilə gəlir bölüşdürüləcək.

0
Bu gün / 04:31
|
428

Ermənistanda seçki qalibi rəsmən açıqlandı

Ermənistanda seçkilərin rəsmi nəticələri: Vətəndaş Sazişi Partiyası 50.86% səslə qalib gəlir, digər partiyaların göstəriciləri açıqlanır.

0
Bu gün / 04:01
|
597

Çin kosmos yarışında yeni mərhələyə keçir - FOTO

Çin 2030-cu illərin ortalarınadək dünyanın ən böyük astronomiya mərkəzini qurmağı planlaşdırır. Layihə Tsinxay əyalətində yerləşəcək.

0
Bu gün / 03:31
|
742

Qahirədə Məmlük su sistemi tapıldı

Qahirədə Səlahəddin qalası yaxınlığında Məmlük dövrünə aid su təchizatı sistemi və məscid qalıqları aşkar edildi - arxeoloji kəşf.

0
Bu gün / 01:30
|
356

Avropada milyonlarla işsiz təhlükəsi

ABB rəhbəri Morten Virod Avropada kütləvi işsizlik təhlükəsi barədə xəbərdarlıq edib.

0
Bu gün / 01:01
|
760

Dünyanın ən uzun sözü: 189 819 hərf

Dünyanın ən uzun sözü 189 819 hərfdən ibarətdir, lakin praktiki əhəmiyyəti yoxdur. Dilçi Lorel MakKinzi bu sözün nitqdə istifadə edilmədiyini bildirib.

0
Bu gün / 00:30
|
375

ChatGPT supertətbiqə çevriləcək

OpenAI ChatGPT-ni supertətbiqə çevirmək üçün islahatlar hazırlayır. Çat-bot proqramlaşdırma alətləri və AI agentləri ilə birləşəcək.

0
Bu gün / 00:04
|
684

İran: Raketlər buraxılışa hazırdır

İran genişmiqyaslı müharibəyə hazır olduğunu bildirir və raketlərin buraxılışa hazır olduğunu açıqlayır.

0
...
İsrail-İran qarşıdurması kritik həddə - Trampdan maraqlı mövqe | Bond.az