Rusiya, Ermənistandan gül idxalına müvəqqəti məhdudiyyət qoydu. Bu qərar mayın 22-dən qüvvəyə minib.
Qadağa, Rosselxoznadzor tərəfindən Ermənistan istixanalarında aşkar edilən karantin zərərvericiləri səbəbindən tətbiq edilib.
Yoxlamalar zamanı 96.2 milyon gül məhsulunda 135 növ zərərverici aşkarlanıb. Bu, Avrasiya İqtisadi İttifaqı üçün ciddi təhlükə yaradır.
Ermənistanın Qida Təhlükəsizliyi Müfəttişliyinin zəmanətlərinə baxmayaraq, problem həll olunmayıb.












