ABŞ Kubanın keçmiş lideri Raul Kastroya qarşı rəsmi ittiham irəli sürüb.
"Reuters" agentliyi ABŞ Prezidenti Donald Tramp Administrasiyasının yüksəkrütbəli nümayəndəsinə istinadən xəbər yayıb.
İttihamların mahiyyəti açıqlanmasa da, 1996-cı ildə Kuba qırıcılarının ABŞ mühacirlərinə məxsus iki təyyarəni vurması ilə bağlı ola bilər.
94 yaşlı Raul Kastro, Fidel Kastronun qardaşı, 2008-2018-ci illərdə Kuba prezidenti olub. O, hələ də təsirli siyasi fiqurdur.












