Bond.az White LogoBond.az Black Logo

İran Azərbaycanla sərhəddə avtomobil idxalı üçün yeni marşrut açdı

İran Azərbaycanla sərhəddə avtomobil idxalı üçün yeni marşrut açdı. Biləsuvar gömrük məntəqəsi səlahiyyətli keçid məntəqəsi statusu alıb.

Rasim Bayramov
Müəllif:Rasim Bayramov- Senior Editor
|
0

İran hökuməti Azərbaycan-İran dövlət sərhədindən avtomobil idxalı imkanlarının genişləndirilməsi barədə qərar qəbul edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayılıb.

Yeni qərara əsasən, Ərdəbil azad iqtisadi zonasında yerləşən Biləsuvar (İran) gömrük məntəqəsi idxal olunan avtomobillərin rəsmiləşdirilməsi üçün səlahiyyətli keçid məntəqələrindən biri statusunu alıb. Bununla da Azərbaycan-İran sərhədindən avtomobil idxalı üçün yeni marşrut istifadəyə verilib.

Qərarın avtomobil idxalına qoyulan məhdudiyyətlərin yumşaldılması və xarici avtomobillərə tələbatın artması fonunda qəbul edildiyi bildirilir.

İran rəsmilərinə görə, təşəbbüsün əsas məqsədi idxal prosedurlarını sürətləndirmək, digər gömrük məntəqələrində yükü azaltmaq, eləcə də nəqliyyat və anbar xərclərini optimallaşdırmaqdır.

Qeyd olunur ki, yeni marşrutun açılması avtomobillərin gömrük rəsmiləşdirilməsini sürətləndirəcək, anbar infrastrukturundan daha səmərəli istifadəni təmin edəcək və əməliyyat xərclərinin bir hissəsini azaldacaq.

Biləsuvar gömrük məntəqəsinin Qafqaz nəqliyyat yollarına və Azərbaycan sərhədinə yaxınlığı səbəbilə İranın şimal-qərb regionlarının ticarətində strateji əhəmiyyət daşıdığı vurğulanır.

Digər Xəbərlər
Bu gün / 23:02
|
533

Macarıstanda içməli su böhranı: Baş nazir xəbərdarlıq edib

Macarıstanda anomal istilər səbəbilə içməli su böhranı yaşanır. Baş nazir Peter Madyar əhalini suya qənaət etməyə çağırıb.

0
Bu gün / 23:01
|
734

Alla Puqaçova səhnəni tərk edir?

Alla Puqaçovanın ürək əməliyyatı keçirdiyi və səhnəni tərk edəcəyi iddia edilir. Nümayəndəsi təkzib edib.

0
Bu gün / 22:30
|
915

Belarus və Slovakiyada temperatur rekordları

Belarus və Slovakiyada temperatur rekordları: Belarusda 40°C, Slovakiyada 41°C ilə yeni maksimumlar qeydə alınıb.

0
Bu gün / 22:03
|
753

Fiber-optik rabitədə yeni rekord: 51.3 Tbit/s

Çinli alimlər fiber-optik rabitədə 51.3 Tbit/s ötürmə qabiliyyətinə nail olub. İçi boş nüvəli lifdə adaptiv idarəetmə ilə rekord.

0
Bu gün / 22:02
|
772

Azərbaycanlı gənc Polşada boğuldu

Azərbaycanlı gənc Elvar Sariyev Polşada göldə boğularaq ölüb. 23 yaşlı gənc dostları ilə çimərkən hadisə baş verib.

0
Bu gün / 21:31
|
466

Ali Məhkəmə Tramp qərarını təsdiqlədi

ABŞ Ali Məhkəməsi Donald Trampın Elizabet Cin Kerrolla qarşı cinsi qısnama iddiası üzrə apellyasiyasını rədd edib, aşağı məhkəmə qərarı qüvvədə qalır.

0
Bu gün / 21:31
|
283

Monakoda partlayış: yaralılar var

Monakoda partlayış nəticəsində üç nəfər xəsarət alıb, ikisinin vəziyyəti ağırdır. Şübhəli şəxs hadisə yerindən qaçıb.

0
Bu gün / 21:01
|
899

Antalyada 52 turist zəhərləndi

Antalyada 52 turist raftinqdən sonra qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirildi. Detallar Bond.az-da.

0
Bu gün / 21:00
|
890

"Real Madrid" zəlzələ qurbanlarına 2 milyon avro yardım edəcək

"Real Madrid" Venesuelada zəlzələdən zərər çəkənlərə 2 milyon avro yardım edəcək. Klubun fondu Qırmızı Xaçla birlikdə kampaniya başladıb.

0
Bu gün / 20:31
|
694

Azərbaycan qlobal siyasətdə söz sahibi olur

Azərbaycanın qlobal siyasətdə artan rolu, Paşinyanın tranzit müqaviləsi və orta güc statusu haqqında video xəbər.

0
Bu gün / 20:30
|
873

Hörmüz boğazı blokadası: Çin qalib gəldi

Hörmüz boğazının blokadasından ən çox Çin faydalandı. Ekspertlər Pekinin iqtisadi mövqelərini möhkəmləndirdiyini vurğulayır.

0
Bu gün / 20:01
|
346

Almaniyada atışmanı törədən şəxsin kimliyi

Almaniyanın Ştade şəhərində atışma törədən 45 yaşlı türkəsilli şəxsin kimliyi məlum olub. Polis qəyyumluq mübahisəsini araşdırır.

0
...
İran Azərbaycanla sərhəddə avtomobil idxalı üçün yeni marşrut ...