ABŞ Prezidenti Donald Tramp İranın danışıqları dayandırması ilə bağlı hələlik rəsmi bildiriş almadığını açıqlayıb.
O, 'NBC News'a müsahibəsində bildirib ki, bu vəziyyət ABŞ-ın dərhal hərbi əməliyyatlara başlayacağı anlamına gəlmir.
Lakin Tramp vurğulayıb ki, ABŞ hərbçiləri İranın dəniz blokadasını davam etdirəcək.
O, həmçinin tərəfləri danışıqlar barədə çox danışmamağa çağırıb: 'Hesab edirəm ki, hamımız çox danışdıq. Bir müddət susmaq yaxşı olar'.
Xatırladaq ki, İranın 'Tasnim' agentliyi İsrailin Livan ərazisinə zərbələri səbəbindən ABŞ-la mesaj mübadiləsini dayandırdığını bildirib.
Tehran qeyd edib ki, İsrail qoşunları Livanı tərk etməyənə və hücumlar dayanmayana qədər danışıqlar bərpa olunmayacaq.












