Fransanın PSJ futbol klubu heyətinin ümumi dəyərinə görə dünyada birinci yerə yüksəlib.
"Transfermarkt" portalının məlumatına görə, Paris klubunun futbolçularının ümumi dəyəri 1.37 milyard avro təşkil edir.
İspaniyanın "Real Madrid" klubu 1.34 milyard avro ilə ikinci, İngiltərənin "Mançester Siti" isə 1.32 milyard avro ilə üçüncü yerdə qərarlaşıb.
İlk beşliyə həmçinin "Arsenal" (1.23 milyard avro) və "Barselona" (1.17 milyard avro) daxildir.












