ABŞ Prezidenti Donald Tramp "TruthSocial" hesabında İranın ABŞ və müttəfiqləri üçün faydalı razılaşma imzalamaq istədiyini bildirib.
"Sadəcə rahatlayın, sonda hər şey yaxşı olacaq - həmişə belə olur!", - deyə Tramp qeyd edib.
O, sülh prosesini ləngidən demokratların və "vətənpərvər olmayan respublikaçıların" şərhlərinin razılaşmaya mane olduğunu vurğulayıb.
"Mənə daha sürətli və ya ləng hərəkət etməli olduğumu iddia edəndə danışıqlar aparmaq çətinləşir", - deyə Tramp əlavə edib.












