ABŞ Prezidenti Donald Tramp Kubaya qarşı həm diplomatik, həm də hərbi variantları nəzərdən keçirir.
Oxu.Az xəbər verir ki, bu barədə "Politico" nəşri ABŞ Administrasiyasının yüksəkvəzifəli rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, Trampın Kubada diplomatik və hərbi fəaliyyət variantları var, lakin o, hələ qərar verməyib.
İddia olunur ki, ABŞ neft idxalının blokadası və sanksiyalarla Havanaya təzyiq göstərməyə davam edir.
Nəşr qeyd edir ki, ABŞ Administrasiyasının Kubaya münasibətdə sonrakı addımları hələlik tam aydın deyil.












