İran ABŞ-nin hərbi əməliyyatların dayandırılması təklifini nəzərdən keçirir. Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, tərəflər arasında dəfələrlə mesaj mübadiləsi aparılıb.
Bəqai deyib: "Biz Amerika tərəfinin mövqeyini əldə etmişik və hazırda təhlil edirik".
Xatırladaq ki, mayın 18-də Pakistanın vasitəçiliyi ilə İranın 14 bəndlik təklifi ABŞ-yə çatdırılıb. Sənəddə hərbi toqquşmaların dayandırılması və qarşılıqlı etimadın artırılması vurğulanır.












