Ağsuda ağır yol-nəqliyyat hadisəsi baş verib. Ölən və xəsarət alanlar var.
Hadisə Dilman kəndi ərazisində qeydə alınıb. BYD markalı avtomobil idarəetmədən çıxaraq beton bəndə çırpılıb, sonra körpüdən Ağsu çayına aşıb.
Nəticədə 1999-cu il təvəllüdlü Kamran Cəfərov və 2004-cü il təvəllüdlü Səid Qasımov hadisə yerində ölüblər.
Digər iki sərnişin - İsmayıl Baxışov (2005) və Şahvələd Şəfaqətov (2006) xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.












